Azərbaycan, Bakı, 27 may /Trend/
Macarıstanın "Eurovision 2012" təmsilçisi "Compact Disco" qrupu "Bakı Kristal Zalı"nın səhnəsində ikinci sırada çıxış edib.
Bakıda keçirilən 57-ci "Eurovision" müsabiqəsində qrup üzvləri Macarıstanı birlikdə yazdıqları "Sound of our hearts" mahnısı ilə təmsil edirlər.
"Bizim birinci məqsədimiz finala vəsiqə qazanmaq idi. Əsas məqsədimiz isə qalib gəlməkdir", - bir az əvvəl qrup iştirakçıları deyiblər.
Macarıstanın "Compact Disco" rok qrupu 2008-ci ildə yaradılıb. Qrup Behnam Lotfi, Gábor Pál, Attila Sándor and Csaba Walkódan ibarətdir. Qısa vaxt ərzində qrup üzvləri iki musiqi albomu çıxarıb. "I'm in Love" adlı mahnısı onlara "Best Hungarian Artist" nominasiyasında MTV "European Music Award"ı qazandırıb.