...

Daha bir Amerika-İran vətəndaşı İran həbsxanasından azad olunacaq

Dünya xəbərləri Materials 12 Sentyabr 2007 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ Daha bir Amerika-İran vətəndaşı İran həbsxanasından azad olunacaq. Iranın rəsmi saytı "Baztab"ın məlumatına əsasən,Tehran İnqilab məhkəməsi Kiyan Tacbəxşi 110 min dollar maliyyə zəmanəti ilə azadlığa buraxacağı barədə xəbər verib.

Yəhya Kiyan Tacbəxş inqilab çevrilişi və casusluq ittihamı ilə İranın "Evin" həbsxanasında 4 ay bundan əvvəl həbs edılmışdı. Çərşənbə günü jurnalistlərlə "Evin" həbsxanasında görüşündə , həbsdə onunla mulayim davranıldığını bildirib.

Hakim Həsəs Həddad "Fars" agentliyinə verdiyi musahibədə bildirib ki K.Tacbəxşin müstəntiqinin son tədqiqat və istintaqlarından sonra, müttəhəmin maliyyə zəmanəti ilə azadlığa buraxılmağı barədə qərar verilib.

H.Həddad bildirib ki müttəhim məhkəməyə çağırıldığı təqdirdə, dərhal özü yaxud vəkili məhkəməyə gəlməlidir.

Tehran Təhlükəsizlik prokororluğu, K.Tacbəxşin İrandan xaric olmasına qadağa qoyulduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti