...

Avropa Şurası uşaqların müdafiəsinə xüsusi diqqət yetirir

Dünya xəbərləri Materials 18 Sentyabr 2007 11:53 (UTC +04:00)

Fransa, Strasburq / Trend , müxbir A.Məhərrəmli/17-18 sentyabr 2007-ci il tarixlərində Avrora Şurasında uşaqların beynəlxalq ədalət sisteminə dair konfrans keçiriləcək. Onların məhkəməyə çıxışının yaxşılaşdırılması konfransın əsas mövzusu olacaq. Qeyd edək ki, bu konfrans AŞ-nın " Uşaqlar üçün və uşaqlarla birlikdə Avropa quraq" proqramı çərçivəsinndə təşkil olunur.

Sözügedən konfransda AŞ baş katibinin müavini xanım Maud de Boer-Buquicchio, AŞ-nın insan haqları üzrə komissarı Tomas Hammerberq, milli və beynəlxalq məhkəmə orqanlarının hakimləri, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri, habelə bir çox ölkələrin hüquqşünasları və universitet müəllimləri iştirak edəcək.

İştirakçılar uşaq haqlarına dair nəzarətin beynəlxalq mexanizmlərinin işləkliyi məsələsinə nəzər salacaq və uşaqlara uyğunlaşdırılmış ədalət prinsiplərini müzakirə edəcəklər.

Bu görüş həmçinin 25-26 oktyabr 2007-ci ildə İspaniyanın Lanzarote şəhərində keçiriləcək Avropa Ədliyyə Nazirlərinin 28-ci konfransında müzakirə ediləcək məsələləri müəyyən etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti