...

İran generalı: "Düşmən hücum edərsə, 11 min raketlə cavab verəcəyik"

Dünya xəbərləri Materials 20 Oktyabr 2007 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ İranın Sepah hərbi qüvvəsinin raket və topxana rəhbəri general Mahmud Çaharbaği düşmən hücuma başladığı anda, 11 min raketlə, müəyyənləşdirilmiş obyektlərin İran tərəfindən bombardman olunacağını bildirib.

Çaharbaği oktyabrın 20-də İranın "Farsnews" agentliyinə verdiyi müsahibədə bildirib ki, İran ABŞ-ın regionda olan hərbi obyektlərini müəyyənləşdirib və hücuma qarşı hər bir tədbirə hazırdır. Çaharbaği bildirib ki, hazırda İran dünyanın ən müasir topları və raketlərinə yiyələnib və hərbi qüvvələrimizə lazimi səviyyədə təlimatlar verilib. Sepah sədri əlavə edib ki, hər hansı bir qonşu dövlətin müharibəyə qatılacağı təqdirdə də hazırlığımız var.

"Bizim əlimizdə olan toplar 150 km, raketlər isə 70 km məsafədəki obyekti dəqiq hədəfə ala bilir və tezliklə 250 km məsafədə olan obyekti hədəfə alan raketlər də istehsal edəcəyik"-deyə Çaharbaği bildirib.

Xəbər lenti

Xəbər lenti