...

Ankara Tel-Əvivdə Şimali Kiprin diplomatik nümayəndəliyinin açılmasına razılıq verməsini İsraildən xahiş edir

Dünya xəbərləri Materials 14 Noyabr 2007 05:47 (UTC +04:00)

İsrail, Qüds / Trend , müxbir R.Məmmədov/. Hərçənd ki, İsrail prezidentinin statusu bir qədər qeyri-siyasidir, heç kəs onun baş nazir Olmertlə ərəb öndərlərinin Annapolisdəki görüşlərinqdən kənarda qalmayacağına şübhə etmirdi. Prezident Peres Türkiyəyə səfər etdi və bu səfərin gedişində prezident Abdullah Gülü Annapolisdə Yaxın Şərq məsələlərinin müzakirəsində iştirak etməyə çağırdı. Türkiyə Respublikasının İsraildəki fövqəladə və səlahiyyiti səfiri Namiq Tən Trend ə verdiyi müstəsna müsahibəsində bildirmişdir ki, danışıqların gedişində Fələstin-İsrail münaqişəsinin dinc yolla həll edilməsi, İranın nüvə təhlükəsi, Suriya ilə sülh müqaviləsi bağlanmasının mümkünlüyi kimi məsələlərə toxunulmuşdur.

İsrailin diplomatik mənbələrindən verilən xəbərlərə görə, hələ görüşün lap başlanğıcında Gül Peresə müraciətlə Tel-Əvivdə Şimali Kiprin nümayəndəliyinin açılmasına razılıq verməsini xahiş etmişdir. "Əgər İsraid Tel-Əvivdə Şimali Kiprin qoy hətta ən aşağı səviyyədə diplomatik nümayəndəliyinin açılmasına razılıq verərsə, biz çox şad olarıq", - deyə türk prezidenti bildirmişdir. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan da öz prezidentinə qoşularaq İsraildən Hayfa şəhəri ilə Şimali Kiprin baş liman şəhəri Famaqusta arasında birbaşa bərə xətti açılmasına razılıq verilməsini xahiş etmişdir.

Bu müraciətlərə cavabında Peres bildirdi ki, əvvəlcə ölkənin müvafiq nazirlikləri ilə məsləhətləşməlidir. Qeyd etmək lazımdır ki, Türkiyə ŞKTR-nın ərazisində səfirliyə malik olan yeganə ölkədir. ŞKTR-nın isə Türkiyədə həm səfirliyi, həm də kolsulluğu vardır. Bir sıra başqa ölkədə ŞKTR-nın əslində səfirlik kimi fəaliyyət göstərən qeyri-rəsmi nümayəndəlikləri vardır. Şimali Nikosiyada isə ABŞ və Britaniya səfirlərinin iqamətgahları yerləşir, lakin onlar hələ ada bölünməmişdən orada olduqlarından, bunu ŞKTR-nın hüquqi tanınması kimi qiymətləndirmək düzgün deyil. Şimali Kipr Türk Respublikasını tanımaq niyyətini indiyədək Azərbaycan, Qambiya və Paraqvay bildirmişdir. Baxmayaraq ki, indiyədək rəsmi münasibətlər yaradılmayıb, lakin qeyri-formal əlaqələr saxlanılmaqdadır.

Şimali Kipr məsələsindən başqa iki ölkənin prezidentləri İstanbuldakı Milli muzeydə saxlanılan tarixi daşın müstəqilliyinin 60 illiyi ərəfəsində İsrailə verilməsi barədə Peresin xahişini də müzakirə etmişlər. Həmçinin Qül Amerika konqresində qondarma erməni soyqırımı haqqında qanunun qəbul olunmasının qarşısını almaq cəhdlərinə görə təşəkkür etmişdir.

Xəbər lenti

Xəbər lenti