...

Şimali Kipr Türk Respublikasının prezidenti Bakıya dəvət olunub

Dünya xəbərləri Materials 14 Noyabr 2007 15:07 (UTC +04:00)

Türkiyə, Ankara, / Trend müxbir A.Ələsgərov/ "Türkiye" qəzetinin yazdığına görə, Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Mehmet Əli Tələt türk dövlət və diasporlarının XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında iştirak etmək üçün Azərbaycana dəvət olunub.

Qurultay noyabrın 17-19-da Bakıda keçiriləcək.

"Türkiye" qəzeti qeyd edir ki, Azərbaycan ŞKTR-ya hava reysi həyata keçirən ilk ölkədir və bu, respublikanın təcrid olunma vəziyyətinin yüngülləşdirilməsi istiqamətində atılmış mühüm addım olub.

Bildirilir ki, qurultayın işində Türkiyə və ŞKTR-dan başqa Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Monqolustan, həmçinin dünyanın müxtəlif ölkələrindən 26 türk cəmiyyətinin nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti