...

Fransanın Miqrasiya Xidməti Okuraşviliyə siyasi sığınacaq verilməsinə dair məsələyə baxacaq

Dünya xəbərləri Materials 26 Dekabr 2007 17:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Fransanın Miqrasiya Xidməti yanvarın 3-də Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okuraşviliyə siyasi sığınacaq verilməsinə dair məsələyə baxacaq. Bu barədə keçmiş nazirin vəkili Eka Beseliya məlumat verib.

Onun sözlərinə görə, bu tarixə qədər Okruaşvili Berlinin "Moabit" həbsxanasında qalacaq. "Bu məsələnin həlli ona görə Fransaya verilib ki, Okuraşvilinin Avropa İttifaqına girişi üçün vizanı Fransanın Gürcüstandakı səfirliyi verib" - deyə vəkil bildirib.

Beseliya qeyd edib ki, Almaniya tərəfi artıq Okuraşviliyə siyasi sığınacaq verilməsi üzrə bütün sənədləri Fransaya təqdim edib.

Okuraşvilinin Gürcüstana mümkün ekstradisiyasına dair qərar ona Fransada sisyasi sığınacaq verilməsinə dair məsələyə baxıldıqdan sonra qəbul olunacaq. O bildirib ki, ekstradisiya barədə qərarı Almaniya məhkəməsi qəbul edəcək.

"Ümid edirəm ki, Fransa Okuraşviliyə siyasi sığınacaq verəcək. Belə ki, biz keçmiş nazirin Gürcüstanda siyasi təqiblərə məruz qalmasına dair lazımi sübütları təqdim etmişik" - deyə Beseliya əlavə edib.

Xəbər lenti

Xəbər lenti