...

Öldürülmüş Bhuttonun cənazəsi Sind vilayətində atasının məzarı yanında torpağa tapşırılacaq

Dünya xəbərləri Materials 28 Dekabr 2007 09:30 (UTC +04:00)
Öldürülmüş Bhuttonun cənazəsi Sind vilayətində atasının məzarı yanında torpağa tapşırılacaq

Terrorist tərəfindən öldürülmüş Pakistan müxalifətinin lideri, eks-baş nazir Benazir Bhuttonun cənazəsi onun vətəni Sind vilayətinə göndərilib. Müsulman adətinə görə insan öldükdən sonra meyidi tezliklə torpağa tapşırmaq lazım gəlir. Bu elə bu gün baş verəcək. Cənazəni yola salmaq üçün B.Bhuttonun həyat yoldaşı Asif Əli Zərdabi və onların üç uşağı iştrak edəcək. O cənazəsi Sind vilayətinin Qarxi Xuda Bakş kəndində atası Zülfüqar Əli Bxuttonun məzarı yanında torpağa tapşıracaqlar, RBK xəbər verir. Bhuttonun atası pakistanın birinci seçilmiş baş naziri olmuşdur. 1977-ci ildə onu hakimyətdən hərbiçilər devirmişlər və siyasi qətldə günahkar bilərək edam etmişlər.

B.Bhutto 27 dekabr Pakistanın qarbində yerləşən Ravalpindi şəhərində terroristin hücumu nəticəsində qətlə yetirilmişdir. Cinayətkar əvvəlcə eks baş nazirə silahdan bir neçə gullə vurub sonra özü üzərində partlayıcı qurğunu işə salmışdır. 20 nəfər həlak olmuşdur. Döş qəfəsindən və boynundan alınan yaralarla Bhutto yaxınlıqda yerləşən hospitala gətirilmişdir. Lakin həkimlər ona yardım edə bilməmişlər. Eks baş nazirin ölümü xəbəri yayıldıqdan sonar Pakistanda kütləvi ixtişaşlar baş vermişdir və hökümət silahlı strukturları hazır vəziyyətə gətirmişdir.

Xəbər lenti

Xəbər lenti