...

Bu gün birinci dəfədir ki, səslərin hesablaması zamanı, Saakaşvili 50% səsdən aşağı düşüb

Dünya xəbərləri Materials 7 Yanvar 2008 03:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi / müxbir Trend N.Kirçxalia / Mixail Saakaşvili növbədən kənar keçirilən seçkilərdə lider olmasına baxmayaraq MSK 819 məntəqədə keçirilən hesablamalara əsasən o, 50%-dan aşağı düşüb.

MSK məlumatına əsasən o, bu məntəqələrdə 48,55% (272 924 seçicinin səsi) səs toplamışdır.

Onun arxasınca birləşmiş müxalifətin namizədi Levan Qeçeçiladze 26,12 (146 844 səs), "Eni sağlar" partiyasının lideri David Qamkrelidze - 3,88 (21 816 səs), iş adamı Badri Patarkaçışvili - 7,5 (42 147səs), Leyborist partiyasının başçısı Şalva Natelaşvili - 6,8 (38 228 səs), Gələcək partiyasının başçısı Qeorqiy Maisaşvili 0,89 (5 005 səs) və "Ümüd" partiyasının lideri İrina Sarişvili 0,17 (931 səs) səslə gəlirlər.

Növbədən kənar seçkilər Gürcüstanda 5 yanvar 2008 ildə keçirildi. MSK-nın məlumatına əsasən seçkilərdə 1 912 943 adam iştrak etdi.

Gürcüstanın Konstitusiyasına əsasən seçicilərin yarsının gəlməsi zamanı prezident seçkiləri baş tutmuş hesab edilir.

Xəbər lenti

Xəbər lenti