...

Dörd Ermənistn vətəndaşı Gürcüstana qanunsuz keçərkən sərhəd qoşunları tərəfindən saxlanılıb

Dünya xəbərləri Materials 21 Yanvar 2008 18:50 (UTC +04:00)

Gürcüstan, Tblisi, 21 yanvar / Trend , müxbir N.Kirtsxaliya / Ermənistanın dörd vətəndaşı "Qırmızı körpü" və "Axalotsixe" NBM-də Gürcüstan-Ermənistan səhədlərini qanunsuz keçərkən, Gürcüstan sərhəd qoşunları tərəfindən saxlanılıb. Gürcüstan sərhəd qoşunlarından verilən məlumata görə, onlar pasport nəzarətindən keçəndə saxlanılıblar.

Saxlanılanların dördü də Gürcüstana Gürcüstan -Rusiya sərhədinin "Nijni Zaromaq" Osetiya NBM-dən qanunsuz keçiblər. Yoxlama zamanı aşkarlanıb ki, Ermənistan vətəndaşlarının pasportlarında Gürcüstanın sərhəd və gömrük xidmətlərinin möhürü olmayıb. Fakt üzrə cinayət işi qaldırılıb, istintaq aparılır.

Hadisə bu il xarici vətəndaşların ölkəyə qanunsuz keçmələrinə görə ilk yaxalama haldır. Ötən il oxşar qanun pozutnusuna görə 360 nəfər saxlanılıb. Saxlanılanlar, əsasən, Rusiya və Ermənistn vətəndaşlarıdırlar. Qanunu pozanların çoxu Gürcustandan tranzit ölkə kimi istifadə etməyə çalışırlar. Gürcüstan-Rusiya sərhədində rəsmi NBM olmadığından, Gürcüstana qanunsuz abxaz və osetin sərhədlərinin NBM-lərindən keçrlər.

Xəbər lenti

Xəbər lenti