...

ABŞ-nın dövlət katibi HƏMAS-ı Qəzzanın problemlərində günahlandırır

Dünya xəbərləri Materials 22 Yanvar 2008 03:23 (UTC +04:00)

İsrail, Qüds, 22 yanvar / müxbir Trend R.Abdullayev / ABŞ dövlət katibi Kondoliza Rays israil hökümətini Qəzza zoloğında humanitar böhranın baş verməsinə imkan verməməyə çağırıb. Bunu NEWSRU agentliyi xəbər verir.

"Heç kəs istəmir ki, Qəzzanın dinc əhalisi əziyyət çəksin. Biz israillilərə xəbər vermişik ki, onalar Qəzza zoloğında humanitar böhranın baş verməsinə imkan verməməsinlər", - Berlində BMT TŞ xarici işlər nazirlərinin görüşü zamanı Kondoliza Rays deyib.

Bununla belə dövlət katibi bildirib ki, vəziyyətdə günahkar fələstin terorist təşkilatı olan HƏMAS-dır. Rays qeyd etdiki israillilər teror və nifrətlə üzdəşiblər.

O dedi ki, problemin həlli yolları axtarılmalıdır.

Xəbər lenti

Xəbər lenti