...

Gürcüstan NATO standartlarına cavab verir- gürcü eksperti Liklikadze

Dünya xəbərləri Materials 28 Yanvar 2008 17:26 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan NATO-nun bütün standartlarına cavab verir.

Gürcüstanın hərbi məsələlər üzrə eksperti Koba Liklikadze Rusiyanın NATO-dakı səfirinin bəyanatını şərh edərək, Gürcüstanın ordu islahatlarında nəzərəçarpan irəliləyişə nail olduğunu və buna sübut olaraq, Silahlı Qüvvələrin mərhələli şəkildə NATO standartlarına müvafiq silahlandırılması, Gürcüstanın əsas hərbi bazaları Senak və Qorinin buna misal olduğunu hesab edir.

Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin dünən Gürcüstanın NATO standartlarına uyğun gəlmədiyini bildirib. NATO-nun namizəd ölkələr üçün hazırladığı standartlar var. "Gürcüstanın üzvlük məsələsinin siyasiləşdirilməsinə cəhd və ayrı-ayrı ölkələr üçün ayrı-ayrı şərtlərin düşünülməsi çox da düzgün mövqe deyil", - o bildirib.

Roqozinin qiymətinə görə, bu gün Gürcüstanın möhkəm xarici sərhədləri yoxdur, Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin nəticələri, NATO-ya üzv olmaq haqqında referendumun nəticələri var, lakin o, Abxaziya və Cənubi Osetiyada keçirilməyib, nəhayət, dövlətin iqtisadi müstəqilliyi ilə bağlı NATO standartları var və Gürcüstan onlara uyğun gəlmir.

Liklikadze bazar ertəsi Trend - ə Gürcüstanın məhkəmə, QHT, KİV kimi demokratik institutlarla bağlı problemlərinin olduğunu bildirib. "Lakin mən ölkədəki parlament seçkilərinin daha demokratik olacağına və ölkənin irəli getdiyini sübut edəcəyinə əminəm", - gürcüstanlı ekspert hesab edir.

O, bir neçə il əvvəl NATO-nun "yeni dalğa" ölkələrinin Qərb standartlarına Gürcüstanın indiki vəziyyətindən daha az uyğun olduqlarını, lakin "NATO-nun genişlənmə prosesinin bununla dayanmadığını" da qeyd edib. Koba Liklikadze Gürcüstanın NATO-ya üzvlük proqramını aldıqdan sonra NATO-ya üzv ölkələrin nailiyyət standartlarının universal göstəricilərini alacağını bildirib.

" Roqozin Rusiyanın Avropa standartlarına müfafiq olub- olmadığını özünə sual vverməlidir", - ekspert əlavə edib.

Xəbər lenti

Xəbər lenti