...

NATO ölkələri Əfqanıstanda keçirilən müharibənin yükünü öz aralarında bölüşdürməlidirlər – ABŞ müdafiə naziri

Dünya xəbərləri Materials 10 Fevral 2008 16:45 (UTC +04:00)
NATO ölkələri Əfqanıstanda keçirilən müharibənin yükünü öz aralarında bölüşdürməlidirlər – ABŞ müdafiə naziri

ABŞ müdafiə naziri Roberts Qeyts Avropa ölkələrini Əfqanıstanda koolisiya qüvvələrinin hərbi missiyasını dəstəkləməyə çağırıb. O, Münxen konfransında çıxışı zamanı bildirib ki, əgər Avropa ölkələri Əfqanıstanda keçirilən müharibənin yükünü öz aralarında bölüştürməsələr bu NATO-nu təhlükə altına qoya bilər. RBK xəbər verir.

Pentaqonun başçısı deyib ki, Avropa içtimaiyyəti Əfqanıstanda olan koolisiya qüvvələrinə mənfi yanaşırlar. Bundan sonra R.Qeyts Böyük Britaniyada və İspaniyada terror aktlarını xatırladaraq islam ekstremizmin ciddi təhlükə olduğunu vurğulayıb.

Xatırladaq ki, axır vaxtlar ABŞ Əfqanıstana əlavə qüvvələrin gətirilməsinə dair aktiv təbliğat aparır.

Alyansın rəhbərliyi bildirir ki, qoşunların sayının 6 mindən 43 minə qədər artmasına baxmayaraq ölkədə həmin qaydada qüvvələr çatışmır.

NATO-nun 26 ölkəsi Əfqanıstanda öz qoşunlarını saxlayırlar, lakin təkçə ABŞ, Kanada, Böyük Britaniya və Niderland qoşunlarını Əfqanıstanın cənubi vilayətlərinə göndərirlər. Burada "Taliban" hərəkəti daha aktivdir.

Xəbər lenti

Xəbər lenti