Gürcüstan, Tbilisi, 20 fevral / Trend , müxbir N.Kirtsxaliya/ İtaliyalı və azərbaycanlı cərrahlar Tbilisidə bir neçə nümunəvi əməliyyat aparacaqlar. Quduşauri adına Milli Mərkəzdən Trend ə verilən məlumata görə, əcnəbi cərrahlar sosial baxımdan ehtiyacı olan vətəndaşlar üzərində əməliyyat aparacaqlar.
Nümunəvi əməliyyatlar müasir tibbi aparatlardan istifadə olunmaqla aparılacaq.