...

Metyu Brayza Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətə görə narahatdır

Dünya xəbərləri Materials 7 Mart 2008 01:58 (UTC +04:00)
Metyu Brayza Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətə görə narahatdır

ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza cümə axşamı Ermənistan və Azərbaycan qoşunlarının təmas xətində yaranmış vəziyyətlə bağlı narahatçılığıı ifadə edib. ( RİA Novosti )

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də səhər saatlarından başlayaraq növbəti dəfə atəşkəs rejimini pozublar. Bunun nəticəsində cəbhənin bir neçə istiqamətində vəziyyət gərginləşib. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, martın 4-5-də atəşkəsin pozulması nəticəsində Ermənistan Silahlı Qüvvələri 12 hərbçisini itirib, 15 əsgər isə yaralanıb. Döyüşlər zamanı Azərbaycan Milli Ordusunun 4 əsgəri şəhid olub.

"Ermənistan XİN rəhbəri ilə görüşü zamanı Brayza Qarabağ nizamlanması ilə bağlı müzakirələr aparıb", - deyə RİA Novosti agentliyinə Ermənistan XİN-in mətbuat xidmətindən bildiriblər.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək tərəflər arasında nəticəsiz sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti