...

Kubada bir diktator digərini əvəz etdi – Corc Buş

Dünya xəbərləri Materials 8 Mart 2008 08:17 (UTC +04:00)
Kubada bir diktator digərini əvəz etdi – Corc Buş

Kubada bir diktator digərini əvəz etdi, bu səbəbdən ABŞ Havananın təcrid etmə siyasətindən imtina etməyəcək, deyə ABŞ-nın prezidenti Corc Buş bildirib.

"Kuba elədiyi bir şey o oldu ki - bir diktatoru digəri ilə əvəz etdi. Onun isə keçmiş hökmdarı səhnə arxasında durub təzyiq edir", - Ağ Evdə çıxışı zamanı Corc Buş bildirib.

Onun sözlərinə görə, "bu həmin sistem, həmin insanlar və həmin siyasətdir".

Amerikanın bəzi siyasi dairələri tərəfindən irəli sürülən ABŞ və Kuba dialoqunun başlanması barədə təklifləri rədd edən Buş, bildirdi ki, "əlaqələrin yaxşılaşması üçün dəişməli ABŞ olmamalıdır, Kuba dəişilməlidir".

"ABŞ kubalı rejimi təcrid edir, lakin kubalı xalqa öz əlini uzadır", - deyə Buş xatırladıb ki, ABŞ kubalılara ən böyük humanitar yardım göndərən ölkələrdəndir.

"Kubanın höküməti demokratik dəişmə sülh presesini başlamalı, siyasi məhbusları buraxmalı, həm sözdə həm əməldə insan hüquqlarına hörmətlə yanaşmalı, azad və ədalətli seçkilərə doğru yolu davam etdirməlidir", - deyə Buş bildirib. RİA Novosti xəbər verir.

Xəbər lenti

Xəbər lenti