...

Pravoslav xristianlarda Böyük pəhriz başlayır

Dünya xəbərləri Materials 10 Mart 2008 03:23 (UTC +04:00)
Pravoslav xristianlarda Böyük pəhriz başlayır

Pravoslav xristianlarda Böyük pəhriz başlayır. Böyük pəhrizin birinci günündə Ümümi Rusiyanın və Moskvanın Patriarxı Aleksey II kilsədə ibadətə başlayacaq. Bu barədə Moskva partiarxiyanın mətbuat xidmətindən xəbər veriblər.

Böyük pəhriz xristianları Pasxa bayramını ləyaqətlə qarşılamağa hazırlayır.

Qırxgünlük Böyük pəhriz digər dörd çoxgünlü pəhrizlərdən ən əsası sayılır. İncil rəvayətinə əsasən İsa 40 gün səhralıqda pəhriz saxlamaq məcburiyyətinə qalmışdır. Böyük pəhrizdən dərha sonra, İsanın əzab əziyyətinə və yer kürrəsində axırıncı günlərinə həsr edilmiş Coşqunluq həftəsi başlayır. Beləliklə, dindarlar Pasxa qabağı iki ay - yeddi həftə pəhriz saxlayırlar.

Bu ənənə yalnız Pravoslav və Yunan-katolik kilsələrində qorunub saxlanılıb.

Pəhriz vaxtı insanlar tövbə, fikir və dua edirlər və bəzi yeməklərdən və pis vərdişlərdən uzaq olurlar.

IV əsrin böyük xristian ilahiyyatçısı İoann Zlatoust çağırırdı, pəhrizi tək dodaqlarımz yox, gözlərimiz, qulaqlarımız, əllərimiz və bütün bədənimizin hissələri saxlasın.

Dindarlar, altı həftədən biri ərzində mütamadi olaraq kilsəni ziyarət edirlər və şənbə və ya bazar tövbə edirlər və təmizlənirlər.

Böyük pəhriz müddəti Pravoslav kilsəsi dindarları əti, südü, yumurtanı və balığı qida məhsullarından çıxartmağa çağırır. Balığı Blaqoveşşeniye bayramında yemək olar. Lazer şənbəsi zamanı isə pəhriz saxlayanlara kürü yeməyə icazə verilir.

Böyük pəhriz əsas olan Pasxa xristian bayramı ilə başa çatır.

Xəbər lenti

Xəbər lenti