...

NATO Qafqaz və Mərkəzi Asiya ölkələrinə onların enerji ehtiyatlarının və enerji infrastruturunun müdafiəsində köməklik göstərməyə hazırdır, Robert Simmons

Dünya xəbərləri Materials 21 Mart 2008 18:58 (UTC +04:00)
NATO Qafqaz və Mərkəzi Asiya ölkələrinə onların enerji ehtiyatlarının və enerji infrastruturunun müdafiəsində köməklik göstərməyə hazırdır, Robert Simmons

Belçika, Brüssel. 21 mart / müxbir Trend K.Konırova / NATO Qafqaz və Mərkəzi Asiya ölkələri ilə enerji təhlükəsizliyinə dair dialoqu aparır. Burada əsas istiqamət - enerji infrastrukturunun müdafiəsidir. Bu barədə NATO-nun Baş katibinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib.

"Xəzərdə hərbi-dəniz donanmasının yaradılması bizim Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığımızın bir hissəsidir. Bu məsələnin daha çox enerji infrastrukturunun müdafiəsinə aidiyyəti var. Mənə elə qəlir ki, bütün ölkələr bu haqda düşünməlidirlər. Biz Azərbaycan, Türkmənistan və Qazaxstanla enerji obyektləri infrastrukturunun qorunması barədə danışıqlar aparırıq və hərbi-dəniz donanmasının yaradılması məsələsi hələ ki açıqdır", Simmons deyib.

"NATO Azərbaycana və yaxud Qafqaza qoşunlarını göndərmir, lakin biz müdafiə islahatlarında, silahlı güvvələrin təkmilləşdirilməsində kömək göstərməyə hazırıq. Bu onların potensialını öz infrastrutrurının qorunmasına lazimi olan səviyyəyə çatdıracaqdır".

Xəbər lenti

Xəbər lenti