Özbəkistan, Daşkənd. 16 may / Trend müxbir Ramiz Məşədihəsənli/ Özbəkistan prezidenti İslam Kərimovun sərəncamı ilə Daşkənddəki Puşkin küçəsinin adı dıyişdirilərək "Müstəqillik" adlandırılmışdır.
Özbəkistanın Beynəlxalq Altınmiras Qrupunun rəhbəri Süleyman Mərdanoğlunun Trend -ə verdiyi məlumata görə, Daşkəndin mərkəzindən keçən Puşkin küçəsinin adı 1917-ci il inqilabından sonra qoyulmuşdur.
Xatırladaq ki, Daşkənddə Leninin adını daşıyan küçə isə daha əvvəllər dəyişdirilərək Bahauddin Nakşibənd adı əvəzlənmişdir.
Yeri gəlmişkən, Qazaxıstanın baş şəhəri olan Astananın bələdiyyəsi də Puşkinin adına olan küçənin adını dəyişmək barədə qərar verib.