...

Ukraynanın müdafiə naziri Azərbaycana səfəri çərçivəsində ölkə rəhbərliyilə görüşəcək

Dünya xəbərləri Materials 1 İyun 2008 07:32 (UTC +04:00)

Ukrayna, Kiyev, 31 may/ Trend müxbir Z.Novosvitskiy/ Azərbaycana səfəri zamanı Ukraynanın müdafiə naziri Yuriy Exanurov ölkə rəhbərliyilə görüşəcək. Ukrayna müdafiə nazirliyinin mətbuat-xidməti idarəsindən Trend -a bildiriblər ki, 2 may, səfərinin birinci günü Y.Exanurov Azərbaycan prezidenti İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə görüşəcək.

Səfərin ikinci günü ukraynanın nümayəndə heyyəti hərbi təlim mərkəzinə və Azərbaycanın hərbi Akademiyasına baş çəkəcək. 3 may Y.Exanurov Azərbaycanın baş naziri Artur Rəsizadə və Milli Məclisin sədri Oktay Əsədovla görüşəcək.

Səfərin məqsədinə qaldıqda isə, Ukrayna müdafiə nazirliyinin mətbuat-xidməti idarəsindən bildirdilər ki, məqsəd hərbi sahədə ikitərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Səfər zamanı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulmur.

Mayın 4 Y.Exanurov Bakını tərk edərək Gürcüstana yola düşəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti