...

Türkiyədə hakim partiya müdafiə sənədini Konstitusiya Məhkəməsinə təqdib edib

Dünya xəbərləri Materials 16 İyun 2008 22:50 (UTC +04:00)

Türkiyə, Ankara, 16 iyun / Trend müxbir T.Əliyev/ Ədalət və İnkişaf Partiyasının (ƏİP) nümayəndələri, partiyanın bağlanması tələbi ilə Konstitusiya Məhkəməsində baxılan proseslə bağlı müdafiə sənədini Məhkəməyə təqdim edib. Partiyanın rəsmi saytı vasitəsi ilə də açıqlanan 402 səhifəlik sənəddə, Baş prokuror Əbdülrəhman Yalçınkayanın, partiyanın dünyavi dövlət prinsiplərinə yönəlmiş fəaliyyətlərin beşiyinə çevrildiyinə dair ittihamlarının əsassız olduğu bildirilir. Sənəddə qeyd edilir ki, ƏİP-nın 6 illik iktidarı dövründə gördüyü işlər bu siyasi qüvvənin demokratik, dünyavi, sosial, hüquqi döövlətin təminatı olduğunu göstərir.

Ədalət və İnkişaf Partiyasının sədr müavini Dengir Mir Mehmet Fırat jurnalistlərə bildirib ki, müdafiə sənədi 3 əsas hissədən ibarətdir. Birinci hissə partiyanın ümumi hüquqi müdafiəsinə həsr edilib. İkinci hissədə Baş nazir Rəcəb Tayib Ərdoğana qarşı irəli sürülən ittihamlara cavab yer alıb. Üçüncü hissə isə partiyanın, siyasi fəaliyətinə qadağa qoyulması tələb edilən digər 70 nümayəndəsinin müdafiəsinə həsr edilib.

Bəzi nüfuzlu siyasi müşahidəçilərin fikrincə, müdafiənin təqdim edilməsi formal xarakter daşıyır. Onlar hesab edirlər ki, Konstitusiya Məhkəməsinin bir müddət əvvəl tələbə qızların universitetlərə baş örtüyü ilə daxil olmasına şərait yaradan Konstitusiya dəyişikliyini ləğv etməsi həmin orqanın hakim partiyanın bağlanacağına dair qərar verməsi ehtimalını da artırıb.

Konstitusiya Məhkəməsində davam edən proses çərçivəsində növbəti addım kimi Baş prokuror Yalçınkaya şifahi ittihamnaməni təqdim edəcək. Ədalət və İnkişaf Partiyası da öz müdafiəsini şifaji şəkildə təqdim edəcək. Həmin ilcasın tarixi hələlik müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti