...

Gürcüstan hökuməti müxalifətlə dialoqa başlamalıdır – ABŞ Dövlət Katibinin köməkçisi

Dünya xəbərləri Materials 30 İyul 2008 15:49 (UTC +04:00)
Gürcüstan hökuməti müxalifətlə dialoqa başlamalıdır – ABŞ Dövlət Katibinin köməkçisi

Azərbaycan, Bakı, 30 iyul / Trend müxbir A. Qasımova/ ABŞ Dövlət Departamenti Gürcüstan hökumətini müxalifət nümayəndələri ilə fəal dialoqa başlamağa çağırır.

"Mənim hökumətə müraciətim müxalifətlə fəal iş, siyasi plüralizmə hörmətin möhkəmləndirilməsi üçün maksimum səylərin göstərilməsinin zəruriliyindən ibarətdir", - deyə ABŞ Dövlət Katibinin demokratiya məsələləri üzrə köməkçisi Devid Kramer çərşənbə axşamı ABŞ Konqresində Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə komissiya qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu siyasətin hazırlanması prosesi ekspertlər və maraqlı tərəflər ilə məsləhətləşməni özündə birləşdirir ki, bu da müxalifət və vətəndaş cəmiyyəti üçün faydalı olacaq.

"Gürcüstanda olarkən mən təmkinsizlik və hakimiyyət qolları arasında ziddiyyətin olması ilə əlaqədar narahatlığımı bildirdim və hakimiyyəti etibarlı demokratik institutları, o cümlədən güclü çoxpartiyalı parlamenti və tam müstəqil məhkəmə sistemini dəskəkləməyə çağırdım", - deyə Kramer bildrib.

O, ötən illə müqayisədə, kütləvi informasiya vasitələrinin azadlığı ilə bağlı mənfi tendensiyadan narahatlığını ifadə edib və "pentensiar sistemdə aparılan islahatların sürətləndirilməsinin zəruriliyini qeyd edib.

"Gürcüstanda demokratik institutların gücləndirilməsi həm Gürcüstanın, həm də bizim möhkəm ikitərəfli münasibətlərimizin marağındadır.

Mən müxalifət liderlərini Gürcüstan vətəndşları ilə əlaqələrin möhkəmləndirilməsinə, həmçinin, demokratik və bazar iqtisadiyyatı institutlarının gücləndrilməsini necə gördüklərini izah etməyə çağırdım", - deyə o əlavə ejdib.

Xəbər lenti

Xəbər lenti