...

Çərşənbə axşamı Brüsseldə NATO+Gürcüstan görüşü keçiriləcək

Dünya xəbərləri Materials 11 Avqust 2008 13:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Çərşənbə axşamı Brüsseldə NATO-nun 26 ölkəsi formatında, NATO+Gürcüstan görüşü keçiriləcək. Bu barədə bu gün Tbilisidə səfərdə olan Fransa və Finlandiya Xariçi İşlər nazirliklərinin başçıları Bernar Kuşner və Aleksandr Stubb Gürcüstan xariçi işlər naziri Yekaterina Tkeşelaşvili ilə görüşdə bildiriblər.

Brüssel görüşündə iştirak etmək üçün Gürcüstan tərəfindən nazir Tkeşelaşvili və daxili işlər nazirinin müavini Yekaterina Zquladze NATO-nun qərargahına yola düşəcəklər.

Görüşdə Rusiyanın davam edən təcavüzü ilə əlaqədar, Gürcüstandakı böhrana təcili reaksiyanın verilməsi məsələsi müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti