Gürcüstan, Tbilisi, 12 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan tərəfi ilk addımı atdı və Aİ-nin münaqişənin nizamlanmasına dair sülh planı təkliflərini imzaladı, indi növbə Rusiyadadır. Bu barədə çərşənbə axşamı gürcü jurnalistlərə Avropa Şurasının (AŞ) Baş katibi Terri Devis bildirib. O, AŞ-nin Xarici İşlər Nazirləri Şurasının sədri, İsveçrənin xarici işlər naziri Karl Bildt ilə birgə Tbilisidədir.
Onlar bir gün əvvəl Tbilisiyə gəliblər və Gürcüstan XİN-də görüş keçiriblər. Bu gün Devis və Bildtin Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşü planlaşdırılıb.
"Bütün beynəlxalq ictimaiyyət Gürcüstanda dünənki hadisələrə və son günlər baş verənlərə görə təşviş içindədir", - deyə Devis bildirib.
O, Gürcüstan hakimiyyətinin atəşkəs qərarını alqışlayıb. "Biz bunu olduqca yüksək qiymətləndiririk", - deyə AŞ-nın Baş katibi bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend