Ukrayna, Kiyev, 12 avqust/ Trend , müxbir Z.Novosvitski/Ukrayna Pekin Olimpiya oyunlarında ilk mükafatı - "bürünc"-ü cüdo üzrə yarışda alıb. Bu barədə Ukrayna Milli Olimpiya Komitəsinin rəsmi saytında deyilir.
Məlumata əsasən, Afina Olimpiadasının gümüş mükafatçısı Roman Qonyuk, "bu gün mübarizəyə qoşulub". O, problemsiz üç rəqibinə qalib gəlib, lakin ukraynalını finala alman Ole Bişof buraxmayıb. Qonyuk xallar üzrə qalib gələrək, Olimpiya oyunlarının bürünc mükafatçısı olub.
MOK-nin prezidenti Sergey Bubka Qonyuku ilk mükafat münasibətilə təbrik edib və bütün idmançılara nümunə götürməyi tövsiyə edib.