...

ABŞ Hərbi Həva Qüvvələri və Hərbi Dəniz Qüvvələrin tətbiqilə Gürcüstanda humanitar aksiyaya başlayır - Corc Buş

Dünya xəbərləri Materials 14 Avqust 2008 00:23 (UTC +04:00)

Gürcüstan, Tiflis. 13 avqust / Trend , müxbir N.Kirtsxalia / ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrin tətbiqilə Gürcüstanda humanitar aksiyaya başlayır. Bu barədə bu gün Vaşinqtonda keçirilmiş xüsusi brifinqdə Amerika prezidenti Corc Buş bildirib.

"Biz tələb edirik ki, Rusiya bütün kommunikasiyaları boşaltsın və biz humanitar aksiyamıza başlıya bilək. Bu bizim hərbiçilərimizin fasiləsiz aksiyası olacaq", Buş dedi.

O həmçinin dövlət katibi Kondoliza Raysın Fransaya səfər edəcəyi haqqında bildirdi və qeyd edti ki, o Parisdə Fransa tərəfi təklif etdiyi Gürcüstandakı böhrandan çıxış planını müzakirə edəcək. Ondan sonra xanım Rays Tiflisə səfər edəcək. "O bütün dünyanı Gürcüstana kömək etmək üçün səfərbər edəcək", prezident dedi.

"ABŞ Gürcüstandakı demokratiyanı və bu ölkənin ərazi bütövlüyünü dəstəkləyir", Corc Buş həmçinin bildirdi.

"Rusiya Tiflisdə hakimiyyəti dəyişmək istəmədiyini və ətəşi kesdiyini bəyan etsə də, reallıq tam əksini göstərir. Rusiya qoşunu Qorini tutub və Gürcüstan daxilində hərəkəti bağlayıb. Bizi narahat edən bir məqamda odur ki, rus ordusunun zirehli texnikası Poti limanını tutub, ora heç kesi buraxmır, gürcü gəmiləri dənizdə batırılır", Buş dedi.

Prezident qeyd edti ki, Rusiyanın Gürcüstandakı son "hərəkətləri" "çoxlu sual" doğurur. "neçə illərdi ki, biz Rusiyanın Beynəlxalq təşkilatlara daxil olmasını dəstəkləyirdik, amma indii Rusiya öz mövqeyini dəyişərək Gürcüstanı zəbt etməyə çalışır.

Xəbər lenti

Xəbər lenti