...

Tbilisi gürcü hərbi əsirlərin siyahısını tələb edir

Dünya xəbərləri Materials 18 Avqust 2008 18:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 avqust/ Trend , müxbir N.Kirtsxaliya/Gürcüstanın Müdafiə Nazirliyi Rusiya tərəfini əsirlikdə olan gürcü əsgərlər barədə siyahını təcili verməyə çağırır. Bu barədə jurnalistlərə müdafiə nazirinin birinci müavini Batu Kuteliya deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi, guya Gürcüstanın əsirlərin dəyişdirilməsi danışıqlarını pozması barədə informasiyanı kütləvi surətdə yaymaqdadır. Nazir müavini bunu yalnış xəbər kimi qiymətləndirib. "Gürcü tərəfi "hamı hamıya" prinsipi üzrə dəyişdirmə prosesinə hazır olması barədə dəfələrlə bəyan edib", - Kuteliya deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi qeyri-dəqiq siyahını təqdim edib. "Siyahıda azad olunmuş adamların adı var", -  deyən Kuteliya  əlavə edib ki, siyahıda əsirlərin dəqiq sayı da göstərilməyib.

Gürcüstan Rusiya tərəfini siyahıları dəqiqləşdirməyə və bu mövzu ilə manipulyasiya etməyi dayandırmağa çağırır. Tbilisi beynəlxalq ictimaiyyəti də bu prosesə qoşulmağa çağırır.

Xəbər lenti

Xəbər lenti