Rusiya, Moskva, 20 avqust / Trend , müxbir R.Ağayev/ "Cənubi Osetiyadakı münaqişə zonasında sülhməramlılar, dinc sakinlərin öldürülməsi və soyqırım faktı üzrə cinayət işi qaldırılıb", - deyə çərşənbə günü keçirilən mətbuat konfransında Rusiya Federasiyası Prokurorluğu yanında İstintaq Komitəsinin sədr müavini Boris Salmaksov bildirib.
O əlavə edib ki, münaqişə zonasında vəhşilik, tarixi abidə və qəbirlərin dağıdılması faktları da qeydə alınıb.
Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü ordusu Tsxinvaliyə daxil olub. Daha sonra rus qoşunları şəhəri ələ keçirərək, gürcü hərbçilərini Gürcüstan ərazisinə tərəf sıxışdırıblar.
Avqustun 12-də Rusiya prezidenti Dmitri Medvedyev Gürcüstanın sülhə məcbur edilməsi üzrə əməliyyatların başa çatdırılmasına dair qərar qəbul etdiyini bildirib.