...

Qırğızıstanın cənubunda zəlzələ qeydə alınıb

Dünya xəbərləri Materials 25 Avqust 2008 11:49 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 25 avqust/ Trend , müxbir R.Məşədihəsənli/ Dünən yerli vaxtla saat 16.04-də Qırğızıstanın Oş şəhərində 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin mərkəzi Taldık (şəhərdən 55 km cənub-şərqdə) dağlarında yerləşir.

Oşda 4 bal gücündə yeraltı təkanlar hiss olunub. İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur. Bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəbər lenti

Xəbər lenti