...

QD regionda təhlükəsizlik üzrə vəzifələrinin icrasını davam etdirir – RF Baş qərargah rəisinin müavini

Dünya xəbərləri Materials 27 Avqust 2008 15:01 (UTC +04:00)

RF Qara dəniz Donanması (QD) qüvvələri regionda təhlükəsizlik üzrə vəzifələrinin icrasını davam etdirir, RF Baş qərargah rəisinin müavini Anatoli Noqovitsın çərşənbə günü mətbuat konfransında bildirib, "Vesti" telekanalı xəbər verir.

"Qara dənizin statusuna dair müqavilə var. Müqavilədə Qara dənizdə ümumi çəkisi 45 tondan çox olmamaqla məhdud sayda gəminin olması nəzərdə tutulub. Bu, Qara dəniz dövləti olmayan ölkələr üçündür. Dənizdə maksimum 21 gün olmaq olar. Gəmi dənizdən çıxarılırsa, digəri dənizə daxil ola bilər. Bu, NATO-nun Qara dəniz dövləti olmadan buradakı qoşunlarını daim artıra bilib-bilməməsi sualına cavab verir", - Noqovitsın bildirib.

Qara dənizdə NATO-nun doqquz gəmisi var - iki Amerikaya, bir İspaniyaya, bir Almaniyaya, bir Polşaya və dörd Türkiyəyə məxsus gəmi.

Xəbər lenti

Xəbər lenti