...

Ukraynanın baş naziri silahdaşlarından demokratik koalisiyanı bərpa etməyə çağırıb

Dünya xəbərləri Materials 4 Sentyabr 2008 01:26 (UTC +04:00)

Ukrayna, Kiyev. 3 sentyabr / Trend , müxbir Z.Novosvitskiy/ Ukraynanın baş naziri Yuliya Timoşenko parlamentdə "Bizim Ukrayna ї Xalq Özünümüdafiə" fraksiyasını təmsil edən deputatları demokratik koalisiyada iştiraklarını bərpa etməyə çağırıb. Bu baradə o bu gün Ukraynada siyasi vəziyyətlə bağlı etdiyi televiziya müraciyyətində bəyan edib.

"Mən "Bizim Ukrayna"dan olan həmkarlarıma müraciət edirəm: son demokratik barrikadaları ləğv etmə vaxtı deyil, ona görə ki demokratik koalisiya yaşımaq iqtidarındadır və yaşamalıdır. Demokratik koalisiyaya dava-dalaşsız, fitnəkarlıqsıq, sakitcə qayıtmağınızçun sizin 10 gününüz var", - Timoşenko dedi.

Preziden yönümlü "Bizim Ukrayna" fraksiyası Yuliya Timoşenko Bloku ilə (YTB) parlament koalisiyasından çıxmaq qərarını verib. Bu sentyabrın 2-də YTB və müxalifət partiyaları prezidentin səlahiyyətlərini kəsib hökümətin səlahiyyətlərini genişləndirən qanun layihəsinə səs verməsindən sonra baş verib.

Baş nazir hesab edir ki, Ali Radada səs vermə koalisiyadan çıxmağa səbəb ola bilməz.

"Demokratik koalisiyadan olan həmkarlarımın müdrikliyinə və kamalına çox ümüd edirəm. İnanıram ki demokratik koalisiyanın işi bərpa olunacaq", - Timoşenko dedi.

Timoşenko həmçinin Ukrayna prezidenti Vietor Yuşenkonun YTB və müxalifət patiyaları arasında yaradılan koalisiya haqqında ittihamı rədd etdi.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti