...

Rusiya hərbi gəmiləri Venesuela sahillərinə doğru irəliyərkən sına bilərlər - ABŞ Dövlət departamentinin nümayəndəsi

Dünya xəbərləri Materials 13 Sentyabr 2008 03:46 (UTC +04:00)
Rusiya hərbi gəmiləri Venesuela sahillərinə doğru irəliyərkən sına bilərlər - ABŞ Dövlət departamentinin nümayəndəsi

Rusiyanın hərbi-dəniz donanmasına məxsus gəmilər Venesuela sahillərinə çatmaya bilərlər. Çünki onlar yolda sınacaqlar. Belə bir fikri ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Şon Makkormak brifinq zamanı Rusiya hərbi gəmilərinin Venesuela ilə hərbi-dəniz təlimlərindəki iştirakını şərh edərkən söyləyib.

"Rusiya hökuməti öncə bəyan etmişdir ki, bəzi hərbi gəmilər sözügedən təlimlərə göndərilir. Mən həmçinin bir məlumata rast gəlmişəm. Orada deyilirdi ki, Rusiya gəmilərini hətta buksir müşaiyət edəcək. Maraqlıdır ki, Rusiya hökuməti uzaq Venesuelaya çata biləcək bir necə gəmi tapa bilib", - deyə o vurğulayıb.

"Görək, həmin gəmilər doğrudan da Venesuela sahillərinə çata biləcəklərmi. Kimsə mənə demişdir ki, onlar yolda sına bilərlər, ona görə də bu gəmiləri buksir müşaiyət edəcək", - deyə Makkormak qeyd edib. ( RİA Novosti )

Xəbər lenti

Xəbər lenti