Qazaxıstan, Almatı, 14 sentyabr / Trend , müxbir R.Məşədihəsənli/ Prezident Administrasiyasının rəhbəri Kayrat Kelimbetov Pavlodar vilayətinə işgüzar səfər edib. O, bölgənin bir sıra sənaye obyektlərinə baş çəkib və Qazaxıstan Xalq Assambleyasının (QXA) təşəbbüsü ilə keçirilən "xalqlar birliyinin möhkəmləndirilməsində bölgələrin rolu" adlı respublika seminar - müşavirəsinin işində iştirak edib. Bu barədə Trend - un müxbirinə QXA-nın mətbuat xidmətindən məlumat verilib.
İlin sonunadək bu orqanın konstitusiya statusu üzrə fəaliyyət göstərməsi üçün qanunvericilik bazası yaradan Qazaxıstan Xalq Assambleyası haqqında yeni qanunun qəbul ediləcəyi xüsusi olaraq qeyd olunub. Onun vəziyyəti barədə geniş müzakirələrin QXA - nın dövlət başçısının iştirakı ilə oktyabrda keçiriləcək növbəti sessiyasında aparılması planlaşdırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]