...

Azərbaycanın Ankaradakı səfirliyində iftar yeməyi təşkil edilib

Dünya xəbərləri Materials 26 Sentyabr 2008 00:40 (UTC +04:00)

Türkiyə, Ankara, 26 sentyabr / Trend , müxbir T.Əliyev/ Azərbaycanın Ankaradakı səfirliyində Ramazan ayı münasibəti ilə iftar yeməyi təşkil edilib. İftarda Türkiyənin dövlət naziri Səid Yazıçıoğlu, Nazirlər Kabineti, XIN və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Xarici ölkələrin Ankaradakı diplomatik missiyalarının rəhbərləri və bəzi beynəlxalq təşkilatların təmsilçiləri, hakim Ədalət və İnkişaf Partiyası və digər siyasi partiyaların təmsilçiləri, həmçinin Ankarada yaşayan azərbaycanlı ziyalılar da iftara qatılıblar.

Xəbər lenti

Xəbər lenti