...

Gürcüstan Baş nazirinin müavini Stalinin Qoridəki heykəlini sökməyi təklif edir

Dünya xəbərləri Materials 4 Oktyabr 2008 10:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan Baş nazirinin müavini Qiorqi Baramidze Stalinin Qorinin mərkəzindəki heykəlini sökməyi təklif edir. Baramidzenin hökumətin iclasında bəyan etdiyinə görə, qəhrəman şəhərdə SSRİ-ni yaradan şəxsin və milyonlarla insanı öldürən adamın heykəlinin olması gərəksizdir.   

"Bu, bir zamanlar mənşəcə gürcünün yaratdığı imperiyaya müqavimət göstərən qəhrəman şəhər Qoriyə layiq deyil", - o deyib.

Baramidze heykəlin Stalinin ev muzeyinə aparılmasını təklif edir.

Baramidzenin fikri Baş nazir Lado Qurqenidzenin də xoşuna gəlib. O, öz növbəsində təşəbbüsü dəstəkləyəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti