Azərbaycan, Bakı, 13 oktyabr / Trend / Avropa ölkələrini təmsin edən qrupun keçirdiyi Paris sammitində bankların maliyyələşdirilməsinin təmin olunması və maliyyə böhranına qarşı xüsusi plan qəbul olunub. İTAR-TASS-ın xəbər verdiyi kimi bunu Avropa İttifaqının hazırkı sədri, prezident Nikolya Sarkozi bildirib.
Müvafiq plana əsasən, Avropa ölkələri yalnız vətəndaşların şəxsi bank hesablarının deyil, həm də їmüvəqqəti olaraqї banklararası kreditlərin təminatı barədə qərar qəbul ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]