...

Bişkekdə Çingiz Aytmatovun yaradıcılığına həsr olunmuş konfrans öz işinə başlayıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2008 23:04 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 16   sentyabr / Trend müxbir R.Məşədihəsənli/ Bu gün Bişkekdə Qırğız-Türk Manas Universitetində Çingiz Aytmatovun 80 illik yubileyi tədbirləri çərçivəsində beynəlxalq elmi-nəzəri konfrans öz işinə başlayıb.

Konfransı giriş sözü ilə universitetin rektoru, professor Sulayman Kayıpov açaraq Ç.Aytmatov irsinin və yaradıcılığının çağdaş dünya ədəbiyyatı üçün örnək daşıdığını vurğulayıb.

Qırğızıstanın dövlət katibi Dosbol Nuruulu isə tədbirin əhəmiyyətindən danışıb.

İki gün davam edəcək beynəlxalq elmi-nəzəri konfransın işinə çoxlu sayda Türkiyə, Qazaxıstan, Özbəkistan, Azərbaycan və digər ölkələrdən yazarlar qatılıb.

Xəbər lenti

Xəbər lenti