İNTERFAKS -ın verdiyi xəbərə görə, Yuliya Timoşenko Bloku (YTB) fraksiyasının deputatları plenar iclasın fasiləsində Ali Rada tribunasını və Rəyasət Heyətini yenidən bağlayıblar.
Verilən məlumata görə, Ali Radanın sədri Arseni Yatsenyuk hökumət tərəfindən təklif olunan antiböhran üzrə qanun layihələrinin nəzərdən keçirilmə ardıcıllığını razılaşdırmaq üçün bir saatlıq fasilə elan edib. Fasilədən sonra isə iclas hələ başlamayıb.