...

Əfqanıstan Parlamentinin nümayəndələri ABŞ -ın Pakistana hava hücumlarını alqışlayır

Dünya xəbərləri Materials 3 Noyabr 2008 18:52 (UTC +04:00)

Əfqanıstan, Kabil, 03 noyabr / Trend , müxbir A.Hakimi/ Əfqanıstan Parlamentində hesab edirlər ki, Pakistanın hərbi obyektlərinə hava zərbələri Əfqanıstanda güc tətbiqinin qarşısının qismən alınmasına yardım göstərir.

Son aylar Amerika qüvvələri Pakistanın sərhəd rayonlarında əməliyyatları fəallaşdırıb ki, bu da Pakistan hökuməti və ölkə ictimaiyyətində narazılıq yaradıb.

Pakistan ordusu sərhəd hərbi məntəqələrində əməliyyatlara başlayıb.

"Əfqanıstanda təhlükəsizliyin pozulması Dürand xəttinin digər tərəfində baş verir", - deyə mətbuat konfransında Əfqanıstanın müdafiə nazirinin müavini bildirib.

Əfqan deputatlar hesab edirlər ki, ABŞ və Pakistan tərəfindən taliblərin və "Əl - Qaidə" döyüşçülərinin zərərsizləşdirilməsi üzrə həyata keçirilən əməliyyatlar ölkədə zorakılığın qarşısının qismən alınmasına imkan yaradıb.

Əfqanıstan hökuməti uzun müddətdir ki, beynəlxalq ictimaiyyəti və Pakistanı Pakistan qəbilələrinin məskunlaşdığı vilayətlərdə yerləşən döyüşçülərin zərərsizləşdirilməsi məqsədi ilə inadla hərbi qüvvə göndərməyə çağrır.

Bu il Əfqanıstan sərhəddində zorakılığın 60 faiz artması ilə əlaqədar olaraq, Əfqanıstan hökuməti ilə "Taliban" hərəkatı arasında sülh danışıqları baş tutub.

ABŞ, NATO və Əfqanıstanın rəsmi şəxsləri Pakistanı öz ərazilərində döyüşçülərin qarşısını ala bilməməkdə ittiham ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti