...

Corc Buşun sabiq müşaviri ictimai rəy sorğularına inanmamağa çağırıb

Dünya xəbərləri Materials 4 Noyabr 2008 00:19 (UTC +04:00)

Prezident Buşun sabiq müşaviri Karl Rouv bazar ertəsi ictimai rəy sorğularına inanmamağa çağırıb.

"İnanmayın bu sorğulara. İndi onlara inanmamaq lazımdır", - deyə Rouv "Foks" telekanalının efirində deyib.

Buşun ötən iki seçkidə qalib gəlməsinin əsas memarı sayılan Rouv bildirib ki, sorğular seçki öncəsi seçicilərə təsir etmək məqsədilə istifadə edilər bilər.

"İmkan verməyin ki, kimlərsə səsvermədə iştirak edib-etməmək qərarınıza təsir göstərsin", - deyə o vurğulayıb.

Rouv canlı yayım zamanı prezidentliyə namizədlərin mövqeyinə dair proqnozlarını əks etdirən ABŞ xəritəsini nümayiş etdirib. Onun proqnozu göstərir ki, hazırda Obama rəqibindən xeyli irəlidədir.

Rouv bildirib ki, hesablamalarına əsasən hazırkı durumda Makkeynin prezident seçilməsi üçün Ohayo, Florida, Virciniya, Şimali Karolina, Missuri, İndiana və Şimali Dakota kimi ştatlarda qalib gəlməsi gərəkdir. ( RİA Novosti )

ABŞ-da prezident seçkiləri noyabrın 4-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti