...

Bütün Gürcüstanın Katalikos-patriarxı Almaniyada xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 4 Noyabr 2008 09:45 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 4 noyabr / Trend müxbir N.Kirtsxalia/ Bütün Gürcüstanın Katalikos-patriarxı İkinci İlia səhhətindəki problemlərə görə Fransa və İtaliyaya səfərlərini təxirə salıb. Grücü Patriarxiyasından verilən xəbərə görə, səbəb ürəyindəki problemlər olub.

Almaniyada olarkən İkinci İlia yerli klinikaların birində müayinə keçib və həkimlər ona stentlaşma prosedurundan keçməyi tövsiyyə ediblər. "Həmin prosedur bir saat davam edib. Patriarx indi özünü yaxşı hiss edir. Lakin o on gün ərzində həkimlərin nəzarəti altında qalmalıdır. Məhz bu da Patriarxın İtaliya və Fransaya səfərlərinin təxirə salınmasına səbəb olub" - deyə Gürcü Patriarxiyasından bildiriblər.

İkinci İlia Tbilisiya noyabrın 14-15-də qayıdacaq.

Xəbər lenti

Xəbər lenti