Ukrayna, Kiyev, 17 noyabr / Trend , müxbir Z.Novosvitski / Ukraynanın Ali Radasının çərşənbə günü baxacağı ilk məsələ sədr seçkisi olacaq.
Bazar ertəsi fraksiya başçılarının və Ali Rada rəhbərliyinin məsləhətləşmələrindən sonra, parlament sədrinin birinci müavini Aleksandr Lavrinoviç jurnalistlərə bu barədə məlumat verib.
Onun sözlərinə görə, bu məsələ müsbət həllini taparsa, əksəriyyəti sosial mahiyyət daşıyan bir neçə qanun layihəsinin müzakirəsindən ibarət gündəlik tutula bilər. Ali Radaya rəhbər seçilməsə, parlament səsvermədən sonra fasiləyə çıxacaq, həmin layihələr müzakirəsi olunmayacaq.
Ali Rada sədrliyinə Aleksandr Lavrinoviçin (Regionlar Partiyası), İvan Plyuşun ("Bizim Ukrayna - Milli müdafiə"), Vladimir Litvinin (Litvinin Bloku), Adam Martınyukun (Ukrayna Kommunist Partiyası) namizədlikləri irəli sürülüb.
Məqalə müəllifilə əlaqə ünvanı: trend