...

Rusiyanın müdafiə naziri Gürcüstanı hədələdi

Dünya xəbərləri Materials 19 Noyabr 2008 11:20 (UTC +04:00)

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Gürcüstan hökumətinin hərbi gücünü artırmaq və NATO-ya yaxınlaşmaq cəhdlərinin xoşagəlməz nəticələr verəcəyini bildirib. Bu barədə Türkiyənin "Worldbulletin" informasiya agentliyi məlumat verib.

Türkiyədə rəsmi səfərdə olan Serdyukov Türkiyənin Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsinə hörmət etdiklərini, lakin Gürcüstanın hərbi gücünü artırmaq və NATO ilə yaxınlaşmaq cəhdlərinin narahatlıq doğurduğunu bildirib. "Gürcüstanın bu hərəkətləri avqust ayında baş verən hadisələrdən daha pis nəticələrə səbəb olacaq", - deyə Serdyukov bildirib.

Xəbər lenti

Xəbər lenti