...

Müasir İran Yaxın Şərqdə vahid dini blok yaratmağa çalışır - İsrail prezidenti

Dünya xəbərləri Materials 20 Noyabr 2008 00:49 (UTC +04:00)

İsrail, Qüds, 19 noyabr / Trend müxbir A.Qut/ İsrail prezidenti Şimon Peres bəyan edib ki, İran rəhbərliyi regional dini dominantlıq axtarışları ilə məşğuldur. Onun sözlərinə görə, bu addımlar geniş diapazonlu raketlərə, zənginləşdirilmiş urana və fanatik fitvayə əsaslanır. İsrail prezidentinin mətbuat xidmətinin Trend -a verdiyi məlumata görə, bu fikirləri Peres Londonda Böyük Britaniya parlamentinin deputatları qarşısında çıxış edərkən səsləndirib.

"İran rəhbərliyinin böyük layihəsi Yaxın Şərqi millətlərin bölgəsindən vahid dini bloka çevirməlidir. Onlar hamı üçün öz versiyalarını yaratmağa çalışırlar. Bununla razılaşmayanlar kafir sayılırlar və yox olmağa məhkumdurlar. Yaxın Şərqdəki münaqişə Əhmədinejad üçün münbit bazis rolunu oynayır", - deyə Peres bildirib.

İsrail prezidenti birgə fəaliyyətə - İran təhlükəsini dayandırmağa çağırıb. "Radikal olmayan ərəb liderləri hiss edirlər ki, münaqişə Yaxın Şərqə son qoymayacaq, o daha tez bitməlidir. Dünya birliyi əlindən gələni etməlidir ki, İran bölgədəki kövrək sabitliyi dağıtmasın", - deyə Peres vurğulayıb.

Peresin fikrincə, İsrail İran xalqı ilə müharibə şəraitində deyil. "Əksinə, İran rəhbərliyi hegemonluğunu görmək istəməyənləri - müsəlman və qeyri-müsəlmanları bizə qarşı müharibəyə səsləyir. İranın hazırkı siyasəti dünya təhlükəsizliyi üçün ciddi təhlükədir", - deyə o qeyd edib.

Böyük Britaniya parlamentariləri qarşısında çıxış edən İsrail prezidenti bəyan edib ki, yahudi dövləti Misir və İordaniya ilə sülh razılaşmaları əldə edib. "Biz fələstinlərlə də danışıqlara başladıq və müəyyən uğurlar əldə etdik. Nəticə etibarilə məqsədimizə çatacağıq ", - deyə Peres bildirib.

İsrail siyasətinin patriarxı qeyd edib ki, o ərəb sülh təşəbbüsünə müsbət cavab verib. Lakin o hesab edir ki, anlaşma yalnız təkliflə əldə oluna bilməz. "Biz ərəb sülh təşəbbüsünün bütün müddəalarını qəbul edə bilmərik. Ona görə ki, bölgədəki bəzi dövlətlər sülhü rədd etdiyi zaman bütün tələblərlə razılaşmaq olmur ", - Peres vurğulayıb.

Peresin fikrincə, HƏMAS ciddi cəhdlə kompromisi rədd edir, raketləri İsrailin mülki obyektlərinə yönləndirir. "Biz "ərazi güzəştləri sülh əlaqələri əvəzinə" prinsipini başa düşə bilərik. Lakin torpağı raket zərbələri əvəzinə qəbul edə bilmərik", - deyə o söyləyib.

Digər tərəfdən Peres qeyd edib ki, Avropa, Yaponiya, Türkiyə və ABŞ Fələstin dövlətinə iqtisadi yardımla bağlı öhdəlik götürdükləri barədə bəyanat veriblər. "Onlar yeni Yaxın Şərqdəki silahlara yox, insanlara dəstəyini genişləndirə bilərlər. Yeni Yaxın Şərq Avropa Birliyinin təcrübəsindən örnək götürə bilər: iqtisadi bölgü olmadan siyasi sərhədlər", - deyə İsrail prezident bildirib.

Peresin sözlərinə görə, dünya bu gün ümid və ümidsizlik arasındadır. "Biz Misirdən Fələstin Muxtariyyətinədək, Türkiyədən Səudiyyə Ərəbistanınadək, İordaniyadan Qətərədək, yani bölgədə müsbət dəyişikliklər üçün çalışanları həvəsləndirməliyik. Biz diskriminasiya dünyasında yox, fərqliliklər dünyasında yaşayırıq. Bir-birimizə oxşamadığımız üçün bir-birimizi öldürməməliyik", - deyə o fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti