BMT-nın Təhlükəsizlik Şurası cümə axşamı bir səslə Somaliyə qarşı silah embarqosunu sərtləşdirən və Afrika ölkəsinin ətrafında dəniz quldurları ilə mubarizəni gücləndirən qətnaməni qəbul etdi.
Qətnamə, maliyyə tədbirlərinin hayata keçirilməsini, bank hesablarının dondurulmasını nəzərə alır. Embarqonu pozan və humanitar yükün çatdırılmasına maniyə törədən bizi şəxslərin və təşkilatların gediş gəlişinə qadağa qoyur.
Sonunculara Somali əhalisi üçün nəzərdə tutulan humanitar yüklərlə gəmiləri saxlayan dəniz quldurları aiddir. BMT-nin TŞ həmçinin dəniz quldurlarının qanunsuz silah-sursatın axımını maliyyələşdirilməsindən narahatdır.
Konkret şəxslər və təşkilatlar barəsində qərarı Sanksiyalar haqqında Komitə qəbul edəcək.
Dəniz quldurlarının Afrika sahillərində sərbəst şəkildə hərəkət etmələrinin əsəsa səbəbi Somalidə hakimiyyətin olmamasıdır.