Azərbaycan, Bakı, 28 noyabr / Trend , müxbir S. Əliyev/ Azərbaycan prezidenti İlham Əliyevin Aşqabada rəsmi səfəri zamanı bir sıra sənədlər imzalanıb.
Azərbaycanın və Türkmənistanın nəqliyyat nazirlikləri Bakı və Türkmənbaşı limanları vasitəsilə beynəlxalq dəmir yolu - bərə yükdaşınmalarının təşkili, yük vaqonları və konteynerlərin istismarı, nömrələri üzrə onların qeydiyyatı və onlardan istifadə üzrə hesablamalar haqqında saziş bağlayıb.
Həmçinin, iki ölkənin hölumətləri arasında Bakı və Türkmənbaşı limanları arasında birbaşa beynəlxalq dəmir yolu - bərə əlaqəsinin təşkili haqqında saziş imzalanıb.
Bundan başqa, tərəflər Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya haqqında saziş imzalayıblar. Azərbaycan və Türkmənistanın təhsil nazirləri arasında əməkdaşlıqla bağlı razılaşma əldə edilib .
Müəlliflə əlaqə ünvanı: capital