...

Türkiyə və Airbus konserni A350 təyyarələrinin birgə istehsalı üzrə saziş imzalayıblar

Dünya xəbərləri Materials 6 Dekabr 2008 11:14 (UTC +04:00)

Türkiyə, Ankara, 06 dekabr/ Trend , müxbir A.Ələsgərov/ Türkiyənin Aviasiya -Kosmik Sənaye Konserni (TAKSK) və Airbus Aviatikinti Konserni A350 modelli sərnişin laynerlərinin birgə istehsalı barədə saziş bağlayıblar.

Sazişin imzalanması mərasimində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Fransanın nəqliyyat naziri Domenik Byusro, Almaniyanın Avropa işləri üzrə naziri Günter Qloser və Avropanın Aviakosmik və Müdafiə Konsernini prezidenti Lui Qalua da iştirak ediblər .

"Türkiye" qəzetinin verdiyi xəbərə görə, saziş TAKSK-nın A350 laynerləri korpusunun ayrı- ayrı hissələrinin hazırlanmasında iştirakını nəzərdə tutur. Bu sənədin imzalanmasını ölkədə Türkiyə mülki aviasiyası üçün tarixi hadisə kimi qiymətləndirirlər.

Xəbər lenti

Xəbər lenti