...

Xəzər dənizində Rusiyaya məxsus gəmi batır

Dünya xəbərləri Materials 15 Dekabr 2008 23:46 (UTC +04:00)
Xəzər dənizində Rusiyaya məxsus gəmi batır

Xəzər dənizində, Dübəndi limanından 30 mil uzaqlıqda ekipajı 11 nəfərdən ibarət Rusiyanın "Sarmat-1" gəmisi batmaq təhlükəsi ilə üzləşib. İlkin məlumatlara görə, dəniz suyu artıq gəminin göyərtəsinə çatıb. Dalğa gəmini sahilə tərəf saatda iki mil sürəti ilə istiqamətləndirir.

Azərbaycanın Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Həsənovun bildirdiyinə görə, gəminin təhlükə ilə üzləşməsi barədə məlumat Həştarxanda yerləşən xilasetmə işləri əlaqələndirmə Mərkəzindən gəlib.

Məlumat alındıqdan sonra Rusiyaya məxsus gəmiyə yardım üçün "Şamaxı" tankeri göndərilib. "İnterfaks"-ın verdiyi xəbərə görə, müvafiq istiqamətə həmçinin Azərbaycanın neft donanmasına məxsus "Vadim Seyidov" gəmisi yollanıb.

Xəbər lenti

Xəbər lenti