...

Yeni il ərəfəsində Tbilisidə banka hücum cəhdi olub

Dünya xəbərləri Materials 31 Dekabr 2008 12:14 (UTC +04:00)
Yeni il ərəfəsində Tbilisidə banka hücum cəhdi olub

Azərbaycan, Bakı, 31 dekabr / Trend / Bu gün səhər Tbilisidə bankın yarılmasına cəhb olunub. Patrul xidmətindən Trend -a verilən məlumata görə, iki nəfər maskalı silahlanmış şəxs yerli vaxtla səhər saat 9.30-da Sereteli prospektində yerləşən "Xalq Bank"ın filialına daxil olub.

Onlar bankın bütün əməkdaşlarına yerə uzanmaq əmri verərək kassanı sındırmağa cəhd ediblər. Lakin bank əməkdaşlarından biri polisə zəng edə bilib və polislər qısa müddət ərzində hadisə yerinə gəliblər.

Polisləri görən quldurlar hadisə yerindən qaçıblar. Hələlik hec kim saxlanılmayıb, şahidlərin dindirilməsi davam edir.

Son iki həftə ərzində bu, "Xalq Bank"ən filialına edilən ikinci hücumdur. Birinci hücum zamanı quldurlar 65 min lari pul apa bilsələr də, sonradan onlar tutulublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti