...

Türk dünyasi riyaziyyatçılar birliyinin növbəti konqresi Almatıda keçiriləcək

Dünya xəbərləri Materials 12 Yanvar 2009 21:41 (UTC +04:00)

Qazaxıstan, Almatı, 12 yanvar / Trend müxbir R.Məşədihəsənli / Türk dünyası riyaziyyatçılar birliyinin növbəti konqresi Almatıda Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində keçiriləcək. Bu barədə Trend müxbirinə təşkilat komitəsinin üzvü, Qazaxıstan-Britaniya Texniki Universitetinin baş dekanı, idarəçi direktor və fizika-riyaziyyat elmləri namizədi Fuad Hacıyev məlumat verib.

Hacıyevin sözlərinə görə, konqresə bütün türkdilli respublikalarla yanaşı, digər Avropa və Asiya ölkələrindən nümayəndələr iştirak edəcək. Azərbaycanın təhsil naziri Misir Mərdanovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə tanınmış riyaziyyatçı alimlər, professor Asəf Hacıyev, Asəf İsgəndərov və digərləri daxildir.

Fuad Hacıyev deyib ki, türk dünyası riyaziyyatçılar birliyinin ilk konqresi 90-cı illərin əvvəllərində Türkiyədə keçirilib. İkinci konqres isə mərhum akademik, riyaziyyatçı alim Fərəməz Maqsudovun sədrliyi ilə Azərbaycanda təşkil olunub.

Qazaxıstanda düzənlənəcək konqresə sədrliyi Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru, doktor-professor Nurğazı Danayev edəcəkdir. Qazaxıstan riyaziyyat elminin öndəri sayılan, "Altın adam", akademik Muxtarxan Otelbayevin geniş məruzəsi nəzərdə tutulur ki, bu da konqresin əsas leytmotivini təşkil edəcək.

Türk dünyası riyaziyyatçılar birliyinin may-iyun ayında Almatıda keçiriləcək konqresi riyaziyyat elminin ölkələrimiz arasında inkişafına təkan verəcəyini vurğulayan Hacıyev növbəti konqresin 2010-cu ildə yenidən Azərbaycanda keçiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti